banner
banner

Şou

Adriana Lima gözəlliyini brokoliyə borcludur

Adriana Lima gözəlliyini brokoliyə borcludur

“Victoria Secret”-in modeli Adriana Lima gözəlliyinin sirrini brokoliyə borcludur.
Bu pəhrizlə model 1 ayda 8 kiloqram arıqlayıb. Cazibədar model naharda meyvə, salat yediyi halda axşam yeməyində brokolini seçir.

Səhər yeməyi:

(Variantlardan hər hansı birini seçə bilərsiniz. Hər biri 250 kaloridən ibarətdir)

-Bir Alma, bir ananas, bir salxım üzüm, bir armud və bir kiçik kurasan

-150 ml yağsız südlə əzilmiş kəpəkli biskvit və böyük bir stəkan şəkərsiz portağal suyu.

-1 qab qatığa 1 çay qaşığı bal və 2 yemək qaşığı kişmiş qarışdırın. Yarım banan dilimleyib üstünü bəzəyin.

Nahar:

(Variantlardan hər hansı birini seçə bilərsiniz. Hər biri 400 kaloridən ibarətdir.)

- 2 dilim kəpəkli çörək, 2 incə dilim vetçina, 1 dilim ananas 

- Kahı, sarımsaq və 2 çay qaşığı parmezan pendirini qarışdırıb üzərinə bir çay qaşığı yağsız salat sousu tökün. Şirniyyat yerinə iki qaşıq meyvə salatı yemək olar.

- Kahı, xiyar, yaşıl bibər və 75 qram aşağı kalorili pendiri qarışdırın. Üzərinə bir çay qaşığı yağsız sous tökün. İçki olaraq bir stəkan pomidor suyu içə bilərsiniz.

Axşam yeməyi:

(Variantlardan hər hansı birini seçə bilərsiniz. Hər biri 550 kaloridən ibarətdir)

- 2 kök və 2 qabağı brokoli ilə qaynadın. Pomidor əlavə edərək 5-6 dəqiqə bişirin.

- 50 qram makaron qaynadıb süzün. Hazırladığınız qarışığı üzərinə tökün. 1 çay qaşığı parmezan pendiri səpin.

- 2 Dilim “biftek”, 2 xörək qaşığı kartof salatı, 1 çay qaşığı yağsız salat sousu əlavə olunmuş yaşıl salat və 1 dilim çörək.

Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.