Dünya şöhrətli müğənni Cennifer Lopez “Hello” jurnalına gözəllik sirlərindən danışıb. Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, sağlamlığına diqqət etdiyini deyən Cennifer balıq, tərəvəz və salatla qidalandığını söyləyib. Spirtli içkilər, qəhvə və siqaretdən ümumiyyətlə imtina edən ifaçı “Yedikləriniz yalnız bədəninizə deyil, dərinizin görünüşünə də təsir göstərir” deyə vurğulayıb. Hər gün idman edən Lopez “Hər şeydən əvvəl su için. Xüsususən də idmandan öncə içəcəyiniz su sizə daha da güc verəcək” deyib.
Əhvalı pis olduqda rəqs etdiyini qeyd edən Cennifer qadınlara özlərini sevməyi məsləhət görüb: “Özünü sev. Başqalarının nə düşündüyünə önəm verərək zaman xərcləmə və yaxşı bir nəmləndirici kremdən istifadə et”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.