banner
banner

Dünya

Rza Zərrab özünə yeni vəkil tutub

Rza Zərrab özünə yeni vəkil tutub

Çirkli pulların yuyulmasında və dələduzluqda ittiham edilərək ABŞ-da saxlanılan Rza Zərrab onu həbs etdirən prokuror Prit Bhararanın ən yaxın dostlarından biri olan Viet Dinhi özünə vəkil tutub. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Cənubi Azərbaycan əsilli türk iş adamı R.Zərrab Mayami hava limanında saxlanıldıqdan sonra hüquqlarının qorunması üçün ulduzların və mafiyanın vəkili kimi tanınan Bencamin Brafmanla müqavilə bağlamışdı. Amma sonradan R.Zərrab özünə daha bir vəkil tutdu. Onun yeni vəkili isə prokuror Bhararanın ən yaxın dostu Viet Dinhdir.

Bharara və Dinh hər ikisi Harvard məzunlarıdır. Dinh 2002-2003-cü illərdə Amerikanın sabiq prezidenti Corc Buşun dövründə ədliyyə nazirinin müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, R.Zərrab iyulun 6-da yenidən məhkəmə qarşısına çıxarılacaq.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.