Qədr gecəsi şərəfinə Türkmənistanda 612 nəfər əfv olunub
Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov Ramazan ayının ən fəzilətli gecəsi hesab olunan Qədr gecəsinin şərəfinə 612 nəfəri əfv edib.
"RİA Novosti" xəbər verir ki, hökumətin iclasında dövlət başçısının imzaladığı müvafiq fərmanlara əsasən, mühakimə edilmiş 568 Türkmənistan vətəndaşı və 26 xarici vətəndaş cəzasının qalan hissəsini çəkməkdən, eləcə də müəyyən bəlli yerdə yaşamaq məcburiyyətindən qurtulub.
Sənədləri imzalamaqla prezident səlahiyyətli şəxslərə əfv olunmuş şəxslərin Qədr gecəsini ailə üzvlərinin yanında keçirməsi məqsədilə onları qısa zamanda azadlığa buraxmağı tapşırıb. Ölkə başçısı eyni zamanda azadlığa çıxan məhbusların işlə təmin olunması barədə də göstəriş verib.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.