banner
banner

Sağlamlıq

Panik atak nədir?

Panik atak nədir?

Kriz anında sanki “öləcəm”, “ruhum bədəndən ayrılır”, “həqiqətən ölürəm?” kimi suallar onları daim narahat edir. Panik atak gözləmədiyimiz bir anda baş verir və 10-30 dəqiqə davam edir, daha sonra isə öz-özünə keçir.

 

Panik atakın göstəriciləri nələrdir?

 

* Tərləmə

* Ürək döyüntüsünün artması, tez-tez vurması

* Nəfəs darlığı və boğulma hissi

* Baş fırlanması

* Üşümə, yaxud istilik basması

* Titrəmə

* Sinədə sıxışma və ağrılar

* Ürək bulanma və qarın ağrısı

* Uyuşma

* Ölüm qorxusu

Bu göstəricilərdən ən az 4 və daha çoxu panik atak anında baş verir. Ataklar davamlı olmağa başlayır və insan hər dəqiqəsini qorxu içərisində yaşayır. İnsanlar yaşayış tərzini dəyişir. İnsanların çoxluq təşkil etdiyi məkanlara getmirlər, metro, avtobus, təyyarə, qatar və s. nəqliyyat vasitələrindən istifadə etmirlər. Ataklara yol aça bilən qidaları qəbul etmirlər. Ataklara görə evdən çıxanda dərmanlar götürürlər, əllərində daima su gəzdirir, tək qala, çölə tək çıxa bilmirlər, vaxtlarını daha çox xəstəxana, yaxud əczaxana yaxınlarında keçirməyə üstünlük verirlər və s. Bir sözlə, həyatını dəyişməyə başlayırlar. Bəs həyat belə davam edərmi? Təbii ki, yox!

 

Panik atakın 2 müalicə üsulu var:

 

1. Dərman terapiyası

 

2. Psixoterapiya (koqnitiv-bihevioral terapiya)

 

Bu müalicədə psixiatr və psixoloq vəhdət şəklində müalicəni davam etdirir.

 

Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Aytən Əlizadə (pcc.az)



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.