banner
banner

Sosİal

İcra başçısının oğlu şikayət edənlərə cəza kəsir

İcra başçısının oğlu şikayət edənlərə cəza kəsir

Prezident İlham Əliyevin xəbərdarlıqları və Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun göstərişlərinin Şahbuz rayon İcra Hakimiyyətinin başçısı Nurəddin Quliyevə sanki aidiyyatı yoxdur.

Bu sözləri Mia.az-a Şahbuz sakinləri deyiblər. Onların sözlərinə görə, N.Quliyev əhalini qorxu içində saxlayır: "Belə ki, "Lenin iməciliklərindən" göz aça bilməyən Şahbuz sakinlərinə icra başçısı yeni zərbə vurur. Camaatın sənədli evləri, həyətyanı sahələri kompensasiya ödənilmədən əllərindən alınır. Ora iri buldozerlər və ekskvatorlar cəlb olunur. Kim də şikayət edirsə, dəlixanaya saldırmaqla, orada döydürməklə hədələyir. Polis rəisi şəxsən bu özbaşınalıqda iştirak edir və deyir Nurəddin müəllim özü tapşırıb ki, evləri sökülənlər müqavimət göstərərsə, onların həbsini həyata keçirim".

Sakinlər onu da deyirlər ki, Şahbuzun keçmiş polis rəisi Bəhlul Əliyev belə haqsızlıqlarla razılaşmadığı üçün onu başçının təqdimatı ilə işdən uzaqlaşdıriblar.

Sakinlər onu da bildirirlər ki, Nurəddin Quliyevin oğlu Toğrul Quliiyev də atasından geri qalmır: "Toğrulun əsas işi göllərdə balıqları elektrik cərəyanı ilə kütləvi məhv etmək və atasından şikayət edənlərin evlərinə gedib, onlara cəhənnəm əzabı yaşatmaqdır".

Sonda sakinlər Prezident İlham Əliyevlə Vasif Talıbovdan kömək istəyiblər.

Sakinlərin şikayəti ilə bağlı qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.