banner
banner

Gündəm

Nardarana yeni polis rəisi təyin edilib

Nardarana yeni polis rəisi təyin edilib

Sabunçu rayon Polis İdarəsinin yeni yaradılmış 42-ci polis bölməsinə rəis təyin olunub.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə 42-ci polis bölməsinin rəis müavini Tərxan Əhmədov bölmənin rəisi təyin olunub.

Qeyd edək ki, 42-ci polis bölməsi yaradılandan bölməyə rəis təyin edilməyib. Polis polkovniki Azər Cahangirov bir müddət bölmənin rəisi vəzifəsini icra etsə də, daha sonra o, tutduğu vəzifədən azad edilərək Abşeron rayon Polis İdarəsinin rəis müavini vəzifəsinə təyin olunub. (APA)



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.