banner
banner

Sosİal

Avtovağzaldakı sürüşmənin qarşısı alınıdı

Avtovağzaldakı sürüşmənin qarşısı alınıdı

Beynəlxalq Avtovağzal kompleksi ərazisində baş vermiş sürüşmə zonasında bərkitmə işləri tam yekunlaşdırılıb.

Bu barədə virtualaz.org saytına “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, hazırda avtobusların dayanacağının yerləşdiyi və 250 metr uzunluğunda olan köməkçi yolun bərpası istiqamətində addımlar atılır.

Yolun zəruri olan yerlərində yararsız qrunt qazılaraq çıxarılıb. Daha sonra karbonat materialı tökülərək kipləşdirilib. Hazırda yolun köhnə asfalt-beton örtüyünün üst qatı frez maşınları vasitəsilə ilə qaşınaraq ərazidən daşınır, əlavə bərkitmə işləri görülürək yol asfaltlanması üçün hazır vəziyyətə gətirilir. Yaxın günlər ərzində asfaltlanma işləri yekunlaşdırılacaq və yolda hərəkət bərpa olunacaq.

 

Qeyd edək ki, sürüşmə baş vermiş yamacda aparılmış bərkitmə işləri zamanı yuxarı hissədə 16 metr uzunluğunda və 7 metr hündürlükdə 5 ədəd istinad divarı inşa edilib. Divarlarda ankerləmə işləri aparılıb. Yəni divar deşilib, ora xüsusi troslar vurulub, dartılaraq gərginləşdirilib və sementasiya olunub.

Ərazidə yerləşən avtobus dayanacağının qarşısından keçən köməkçi yol boyu və əsas yolun kənarlarında ineksiya işləri görülüb. Torpaq bir-neçə yerdən 20-30 metr dərinlikdə deşilib, ora beton məhlul tökülüb. Bundan başqa mövcud istinad divarı ilə köməkçi yol üzərində yerləşən istinad divarı arasındakı ərazidə 1200 millimetr diametrində və 33,5 metr dərinlikdə 50 ədəd svay vurulub. Yamacın aşağı hissəsinin bərkidilməsi istiqamətində də işlər aparılıb. Belə ki, 16 metr uzunluğunda və 8 seksiyadan ibarət istinad divarları inşa edilib. Buna paralel olaraq ərazidə aparılan svay vurma işləri aparılıb. Ümumilikdə əraziyə 96 ədəd svay vurulub.

Cia/az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.