NATO sammitinə qatılmaq üçün Varşavada olan Ukrayna prezidenti Pyotr Poroşenko və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirilib.
“Korrespondent.net” saytının verdiyi xəbərə görə, bu barədə Ukrayna dövlət başçısının mətbuat katibi Svyatoslav Tseqolko özünün Twitter səhifəsində yazıb. “Türkiyə prezidenti ilə danışıqlar başlayıb”, - deyə o qeyd edib. P. Poroşenkonun Polşa prezidenti Anjey Duda, Niderland baş naziri Mark Ryütte, Böyük Britaniya baş naziri Devid Kemeron, ABŞ prezidenti Barak Obama və digər liderlərlə ikitərəfli görüşləri də planlaşdırılır.
Sabah Ukrayna prezidenti Ukrayna-NATO Komissiyasının iclasında iştirak edəcək.(APA)
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.