Türkiyəli aktrisa Hazal Kaya restoran açmaq arzusunu reallaşdıra bilməyib. O, restoran açmaq üçün baxdığı məkanların aylıq icarə haqlarının çox baha olduğunu görüb. Maliyyə problemlərinə görə Hazal restoran açmaq işini təxirə salıb. Aktrisanın növbəti mövsümdə yeni seriala çəkiləcəyi və arzularına çatmaq üçün pul toplayacağı deyilib.
Qeyd edək ki, Hazal Kaya bir müddət əvvəl "Mutfak sanatları" Akademiyasına getmiş və oranın diplomunu almışdı.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.