banner
banner

İdman

UEFA-dan klublarımıza 30 min 790 avro

UEFA-dan klublarımıza 30 min 790 avro

2013/2014-cü il mövsümündə UEFA-nın klub yarışlarında iştirak etmiş müəyyən klublar UEFA-nın Maliyyə Fair Play (Financial Fair Play) qaydalarına əməl etmədikləri üçün cərimələniblər.

CİA.Az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, həmin məbləğ qeyd olunmuş klubların UEFA-nın klub yarışlarında iştirakına görə UEFA-dan alınacaq məbləğdən tutulub və UEFA-nın İcraiyyə Komitəsinin 18 sentyabr 2014-cü il tarixli qərarına əsasən, həmin vəsait qeyd olunmuş mövsümdə UEFA-nın klub yarışlarında çıxış etmiş və qaydaları pozmamış klublar arasında bölünüb.

UEFA Çempionlar Liqası və Avropa Liqasının qrup mərhələsində çıxış etmiş hər klub 261 min 520 avro, təsnifat mərhələsində çıxış etmiş hər klub 30 min 790 avro alacaq. Bu məbləğlər UEFA tərəfindən Milli Assosiasiyalar vasitəsilə borcu olmayan müvafiq klublara göndərilir.

Beləliklə, 2013/14-cü il mövsümündə UEFA-nın klub yarışlarının təsnifat mərhələsində Azərbaycanı təmsil etmiş “Qarabağ”, “İnter”, “Neftçi” və “Xəzər Lənkəran” klublarının hesabına 30 min 790 avro keçirilib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.