banner
banner

Sağlamlıq

Şəkər xəstələri hansı meyvələri yesin?

Şəkər xəstələri hansı meyvələri yesin?

Sağlam həyat tərzi sürmək üçün sağlam qidalarla qidalanmaq lazım olduğunu hamımız bilirik.

Meyvələrin təbii vitamin deposu olduğundan da hamı xəbərdardır. Bəs bu meyvələrdən qanında şəkərin miqdarı çox olan xəstələr istədikləri kimi istifadə edə bilərlərmi?

Şəkərli diabet xəstəliyindən əziyyət çəkən adamlar sağlam adamlar kimi istədikləri meyvəni istədiyi qədər yeyə bilməz. Çünki bəzi meyvələrin tərkibi zülal, karbohidrat və şəkərlə zəngindir. Bu meyvələri normadan artıq yemək, qanda şəkərin miqdarını artırır.
Buna görə də şəkərli diabet xəstələri hansı meyvədən, hansı miqdarda yediklərinə diqqət yetirməlidirlər. Tərkibində ən çox şəkər olan meyvələr aşağıdakılardır

* yemiş
* qarpız
* üzüm
* çiyələk
* böyürtkən
* qreypfrut
* ərik
* şaftalı
* portağal
* şirin armud


Bu meyvələrin az miqdarda qəbulu qanda şəkərin miqdarını artırmır, buna görə də yeyilən meyvənin növünə deyil, onun nə qədər yeyiləcəyinə diqqət yetirmək lazımdır.
 

Bəzi meyvələrin tərkibində olan karbohidratın miqdarı:


* 1 orta ölçüdə alma - 100
* 3 ədəd ərik - 100
* 12 ədəd gilas - 75
* 14 ədəd albalı - 80
* 1 ədəd portağal - 100
* 1 ədəd naringi - 100
* 1 ədəd şaftalı - 100
* 1 ədəd armud - 100
* 1 ədəd heyva - 80
* 1 ədəd nar - 80
* 12 ədəd çiyələk - 175
* 1/2 stəkan tut - 50
* 1 ədəd kivi - 120
* 1/2 stəkan böyürtkən - 75
* 1 kiçik əncir - 50
* 12 iri üzüm - 80
* 1/8 orta boy yemiş - 200
* 1/8 orta boy qarpız – 200 (immunitet.az)



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.