“Google” şirkəti WhatsApp messencerinin analoqunu yaradır.
CİA.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə “The Economic Times” yazıb. “Google”nın ani ismarış mübadiləsi üçün pulsuz əlavəsi 2015-ci ildə istifadəyə veriləcək. Nəşrin məlumatına görə, şirkət əvvəlcə yeni messenceri Hindistanda istifadəyə vermək niyyətindədir. Əlavə “Google”də qeydiyyat tələb etməyəcək.
Qeyd edək ki, Avropa Komissiyası WhatsApp-ın Facebook tərəfindən satın alınmasına razılıq verib. Sövdələşmənin dəyəri 19 milyard dollar təşkil edib.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.