Əgər Fransa bu gün Portuqaliyaya qarşı keçiriləcək “Avro-2016”nın final oyununda qalib gəlsə, sabah çempionluqlar münasibəti ilə ənənəvi qələbə paradı təşkil edilməyəcək.
Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu haqda Fransa polisindəki yüksək vəzifəli şəxsə istinadən jurnalist Piter Allen yazıb.
Buna səbəb kimi təhlükəsizlik məsələsi göstərilir.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.