Yaponiyanın şimal-şərq hissəsində maqnitudası 5,5 bal olan zəlzələ baş verib.
ANS PRESS-in məlumatına görə, episentri Miyaqi prefekturasından şərqdə, ocağı isə 30 km dərinlikdə yerləşən yeraltı təkanlar İvate və Fukusima prefekturalarında da hiss olunub. Bu barədə ölkənin milli meteoroloji idarəsi xəbər yayıb.
Zəlzələ ümumi olaraq, Miyaqi, İvate və Fukusima prefekturaları da daxil olmaqla – 12 prefekturada hiss olunub. Baş verən yeraltı təkanlar nəticəsində hər hansısa bir dağıntı və fəlakət barədə məlumat verilməyib.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.