Türkiyə prezidenti Almaniya kansleri ilə görüşü zamanı atmacalı sözlərdən istifadə edib.
NATO sammiti çərcivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Almaniya kansleri Angela Merkel arasında baş tutan görüş zamanı yaşanan dialoq medianın diqqətindən yayınmayıb.
ANS PRESS-in Almaniya mətbuatına istinadla verdiyi məlumata görə, Bundestaqda “erməni soyqırımı” ilə bağlı Türkiyənin əleyhinə çıxan qərardan sonra ilk rəsmi görüş çox soyuq abu-havada keçib.
Görüş başlayan zaman Ərdoğan Merkelə “əllərinizə sağlıq” deyib.
Daha sonra dialoq belə davam dedib:
Ərdoğan: Çöldə idiniz?
Merkel: Niyə?
Ərdoğan: Əlləriniz soyuqdur
Merkel: Günahkar qızıdırıcıdır.
İyulun 9-da NATO sammiti çərçivəsində Polşanın paytaxtı Varşavada olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri Angela Merkellə görüşüb.
Bu, tərəflərin saxta "erməni soyqırımı" layihəsinin Almaniya parlamentində tanınması, eləcə də alman deputatlarınİncirlik hərbi bazasına buraxılmaması nəticəsində yaşanan gərginlikdən sonra baş tutan ilk görüşü olub.
Türkiyə prezidenti Ərdoğan və Almaniya kansleri bir müddət söhbət ediblər, şəkil çəkdiriblər.
Görüşdə iki ölkə əlaqələri ilə yanaşı miqrant axını, terrorla mübarizə kimi mövzular müzakirə olunub. Mətbuata qapalı olan görüş bir saat davam edib.
İyunun 2-də Almaniya Bundestaqı Türkiyənin etirazlarına baxmayaraq erməni “soyqırımı” layihəsini səsverməyə çıxarıb. Bundestaq qondarma erməni "soyqırımı" ilə bağlı qətnaməni qəbul edib.
Qətnamə “101 il əvvəl Osmanlı imperiyasındakı erməni və digər xristian azlıqların soyqırımının anılması” adlanır. Səsverməyə Almaniya kansleri Angela Merkel qatılmayıb. Qətnamə bir əleyhinə, bir bitərəf səslə qəbul edilib. Türkiyə və Azərbaycan Almaniya parlamentinin bu addımını kəskin şəkildə pisləyib.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.