banner
banner

Sosİal

Azərbaycanda orta ömür həddi 75,2 yaşa yüksəlib

Azərbaycanda orta ömür həddi 75,2 yaşa yüksəlib

Dünyadakı gedən demoqrafik proseslərdəki dəyişikliklər Azərbaycandan da yan keçməyib”.

APA-nın xəbərinə görə, bunu "Sağlamlıq zonası" sağalma və reabilitasiya poliklinikasının baş həkimi Məsməxanım Məcidova ahıl insanlara göstərilən səhiyyə xidmətinin təşkili mövzusuna dair dəyirmi masada deyib. O bildirib ki, əhalinin qocalma problemi dünyada inkişaf etmiş ölkələrin müzakirə obyektinə çevrilib: “Sivilizasiya artdıqca əhalinin qocalma prosesi də sürətlənir”.

Bunun bir çox səbəbinin olduğunu deyən M.Məcidova qeyd edib ki, sivil ölkələrdə doğum səviyyəsi aşağı düşüb, ahılların nisbi payı artıb: "Digər tərəfdən tibbdə əldə olunan nailiyyətlər - uşaq ölümünün azalması, ölümə səbəb olan bir çox infeksiyanın aradan qaldırılması, xəstəliklərin profilaktikası orta ömür həddinin yüksəlişinə səbəb olub. Ahılların yaşının artması prosesi Azərbaycanda da müşahidə olunmaqdadır. Dövlət Statistika Komitəsinin məlumatlarında 2013-2015-ci illərdə respublika və Bakı şəhəri üzrə 60 yaşdan yuxarı yaş qruplarına görə əhalinin sayının artması müşahidə olunur. Bu, xüsusən 60-74, 75-89 yaş qruplarında özünü daha çox büruzə verir. 2013-cü ildə orta ömür həddi 74.2 olmuşdusa, 2015-ci ildə bu göstərici 75.2 olub. Bu baxımdan əhalinin qocalma problemlərinin öyrənilməsi və ahıl insanlara tibbi sanitar yardımın göstərilməsi aktuallaşıb".

Baş həkim ahıl insanlar arasında ən çox rast gəlinən xəstəlikləri də açıqlayıb. O bildirib ki, ahıllarda ən çox xroniki xəstəliklərə rast gəlinir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.