“Harry Potter” alkoqol asılılığından necə xilas olub?
“Harry Potter” rolu ilə məşhurlaşan aktyor Deniel Redkliff alkoqolizmlə necə mübarizə aparmasından danışıb.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, uzun müddət bu asılılıqdan əziyyət çəkən ulduz çəkilişlərə də zamanında getmir və bu onun yaradıcılığına ciddi zərbə vururdu.
Alkoqol asılılığından qurtulmaq üçün aktyor idmana üz tutub. 26 yaşlı aktyorun sözlərinə görə, yalnız ciddi şəkildə idmanla məşğul olandan sonra bu zərərli vərdişindən imtina etməyi bacarıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.