|
"Mançester Yunayted"in yeni baş məşqçisi Joze Mourinyo komandada dəyişikliklər etməyə hazırlaşır. Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, portuqaliyalı mütəxəssis Bastian Şvaynştayger, Deyli Blind, Markos Roxoya özlərinə yeni klub tapmalarını bildirib. J.Mourinyo klubun rəsmi saytına açıqlamasında bəzi oyunçularla yolları ayırmağın vacib olduğunu vurğulayıb. |


