banner
banner

Hərbİ

Azərbaycan qırıcıları Qarabağ səmasında göründü

Azərbaycan qırıcıları Qarabağ səmasında göründü

Bu gün iyulun 13-də, saat 08:26-da Azərbaycan Hərbi-Hava Qüvvələri cəbhə xəttinin bilavasitə yaxınlığında təlim-məşq uçuşlarına başlayıblar.

Virtualaz.org bildirir ki. bu barədə Ermənistan KİV ölkənin Müdafiə Nazirliyinə istinadən xəbər verir.

“Uçuşlar cənub-şərq istiqamətinin 30 km dərinliyində yerinə yetirilib. Saat 11:00-a olan vəziyyətə görə, uçuşlarda 12 təyyarə və 41 helikopter iştirak edir”, - məlumatda bildirilir.

Azərbaycan Müdafiə Nazirliyi yaxın saatlarda bu barədə ətraflı məlumatın veriləcəyini bildirib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.