Məşhur Siciliya mafiozu Bernardo Provensano Milan həbsxanasında, 83 yaşında vəfat edib.
BBC bildirir ki, faktiki olaraq bütün Siciliya mafiyasının lideri olan mafioz həbsxanada 10 il keçirib. O, bir neçə ağır cinayətə görə 2006-cı ildə ömürlük həbs cəzasına məhkum olunub. O cümlədən, 1992-ci ildə iki məhkəmə hakimini qətlə yetirdiyinə görə.
Bunadək Bernardo Proventsano 43 il ərzində hüquq-mühafizə orqanlarından gizlənə bilib. Həbsinə qədər polisin əlində onun 1959-cu ildə çəkilmiş cəmi bir fotosu olub.
İtalyan mətbuatının məlumatına görə, mafioz sidik kisəsi xərçəngindən əziyyət çəkirmiş. Son iki ili o, həbsxananın xəstəxanasında keçirib.
Bernardo Provensano insanları qəddarcasına qırdığına görə "Traktor Binnu" ləqəbini almışdı.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.