Mehmet Əli Ağca katolik keşişi olmaq istədiyini bildirib
"Papa Frantsisk məni qəbul edərsə, katolik kilsəsində keşiş olmağa hazıram".
Bunu 1981-ci ildə Roma Papası II Pavelə sui-qəsddə ittiham olunaraq, 25 il həbsdə olmuş Mehmet Əli Ağca İtaliyanın "Kanal5" telekanalının "Top sekret" proqramına müsahibəsində deyib.
"Türkiyədə mən vaxt itirir, təqaüdçü kimi yaşayıram. Ona görə də, Frantsiskdən xahiş edirəm ki, Vatikanda məni qəbul eləsin və keşiş olum", - deyə 58 yaşlı Əli Ağca vurğulayıb.
O, "İncil"i öyrəndiyini və müqqədəs xristian mətnlərini yaxşı bildiyini söyləyib. ("Report")
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.