banner
banner

Sosİal

Gəncədə xeyriyyə tədbiri

Gəncədə xeyriyyə tədbiri

Gəncədə “Hamımız birimiz üçün” adlı xeyriyyə tədbiri keçirilib.

“Qafqazinfo”ya daxil olan məlumata görə, tədbir prezident İham Əliyevin doğum günü, 31 dekabr “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və “Yeni il” münasibəti ilə həyata keçirilib. Bayram şənliyi Gəncə şəhər İcra Hakimiyyəti və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin dəstəyi, “Odlar Yurdu" İctimai Birliyinin təşkilatçılığı və təşəbbüsi ilə baş tutub. Xeyriyyə tədbirində cəmiyyətin xüsusi diqqət və qayğıya ehtiyacı olan təbəqələrinin nümayəndələri iştirak edib. Qarabağ əlilləri və şəhid ailələri, Milli Qəhrəmanların ailə üzvləri, Əfqanıstan və Çernobıl müharibəsi əlilləri, tnha ahıllar, valideyn himayəsindən məhrum olunmuş uşaqlar iştirak edib.“Odlar Yurdu" İctimai Birliyinin sədri Nigar Ələsgərova bildirib ki, ölkə başçısı İlham Əliyev və ailə üzvləri hər zaman ad günlərini cəmiyyətin xüsusi qayğıya ehtiyacı olan təbəqələrinin nümayəndələri ilə qeyd edirlər. Gəncə də bu ənənəyə sadiq qalaraq “Hamımız birimiz üçün” adlı xeyriyyə tədbirini keçirir. Tədbirin bədii hissəsində uşaqlara şaxta baba tərəfindən bayram hədiyyələri təqdim olunub.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.