banner
banner

Şou

Məryəm Üzərli klipə çəkilmək üçün 1 milyon istədi

Məryəm Üzərli klipə çəkilmək üçün 1 milyon istədi

Ərəb müğənnisi Fayez AlSaeed yeni klipində rol alması üçün Məryəm Üzərliyə təklif edib. 

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hər dəqiqəsinə 600 min türk lirəsi (təxminən 320 min manat), ümumilikdə isə 1 milyon dollar (təxminən 1.5 milyon manat)  istəyən Məryəm bu məbləğlə təəccübləndirib. 

Tez-tez Dubaya gedən aktrisa öz adını daşıyacaq kosmetik məhsulları da burada satışa çıxaracaq. Məryəm Üzərlinin tələb etdiyi məbləğ həm müğənnini, həm də onun pərəstişkarlarını heyrətə gətirib. Onlar “Məryəm özünü Hollivud aktrisası hesab edir” deyə Üzərlini tənqid ediblər.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.