banner
banner

Gündəm

Azərbaycan sərhədyanı bölgədə hasar tikəcək

Azərbaycan sərhədyanı bölgədə hasar tikəcək

Azərbaycan hökuməti yerli əhalini erməni atəşindən qorumaq məqsədilə Tərtər rayonunun bir sıra kəndlərində daş-beton hasarlar tikməyi planlaşdırır.

Cia.az “İnterfaks”a istinadən bildirir ki, bununla əlaqədar Azərbaycan Ərazilərin Bərpası və Yenidən qurulması Agentliyi hasarı tikəcək podratçı şirkəti müəyyənləşdirmək üçün təkliflərin qiymətləndirilməsini aparır.

Hasarlar cəbhə xəttindən 3 kilometr aralıda yerləşən Qaradağlı və Qapanlı kəndlərində tikiləcək. Tikinti işləri Azərbaycanın dövlət büdcəsinin vəsaiti hesabına aparılacaq.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.