Əməkdar artist Röya Ayxanın keçmiş həyat yoldaşı Anar Cəlilov döyülməsi ilə bağlı yayılan xəbərə münasibət bildirib. O, sosial şəbəkədə fotosunu paylaşaraq, salamat olduğunu vurğulayıb. A.Cəlilov “Bütün yazılanlara və təxribatlara inanmayın” şərhini yazıb. Qeyd edək ki, A.Cəlilov eyni zamanda atv.az saytına açıqlama verərək, sağ-salamat olduğunu deyib: “Bilmirəm ki, bu yazıları yazan, bu süjetləri verən KİV-lər nə məqsəd güdür? Ən azından mənimlə əlaqə saxlayıb xəbəri dəqiqləşdirə bilərdilər. Lakin heç kəs bunu etmədi, mən də öz növbəmdə məcbur olub sosial şəbəkələrdə şəkilimi paylaşdım ki, dostlarım, qohumlarım nigaran qalmasın. Sağ-salamatam. Bilnmirəm ki, məni “döymək” kimə lazım idi".
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.