banner
banner

Dünya

Rusiya Türkiyəyə uçuşları dayandırdı

Rusiya Türkiyəyə uçuşları dayandırdı

Rusiya vətəndaşlarının Türkiyəyə gedişi müvəqqəti olaraq dayandırılıb.

Bu barədə Rusiyanın “Dojd” telekanalı məlumat yayıb.

"Türkiyədə daxili siyasi vəziyyətin kəskinləşməsi ilə əlaqədar Rusiya və Türkiyə aviaşirkətlərinin müntəzəm reysləri ilə Türkiyə şəhərlərinə Rusiya Federasiyası vətəndaşlarının göndərilməsi müvəqqəti olaraq dayandırılıb. Məhdudiyyət siyasi vəziyyətin sabitləşməsinə qədər qüvvədə olacaq", - Rusiya Aviasiyasının yaydığı məlumatda deyilir.

Bildirilir ki, Türkiyədən Rusiya vətəndaşlarının çıxarılması davam edəcək.

Rusiya Turizm Cəmiyyətinin sədri Oleq Safonovun verdiyi məlumata görə, hazırda Türkiyədə Rusiyanın təxminən beş min vətəndaşı var. Bunlar fərdi və ya turizm şirkətləri vasitəsilə bu ölkəyə səfər edənlərdir.

Daha əvvəl cəmiyyətin mətbuat xidmətinin rəhbəri İrina Tyurina səyahət reyslərinin bazar ertəsinə - iyulun 18-ə qədər dayandıra biləcəyini demişdi.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.