banner
banner

Dünya

Jirinovski Türkiyədə baş tutmayan hərbi çevrilişdən danışdı

Jirinovski Türkiyədə baş tutmayan hərbi çevrilişdən danışdı
Türk hərbçiləri çevriliş zamanı səhv ediblər ki, Ərdoğanı ələ keçirməyiblər. 
ANS PRESS-in məlumatına görə, bu fikri Rusiya Liberal Demokrat Partiyasının rəhbəri Vladimir Jirinovski bildirib.
Onun sözlərinə görə, Türkiyədə tezliklə növbəti çevriliş gözlənilir. "Çünki dinc əhali əslində Ərdoğanı deyil, hərbçiləri dəstəkləyirlər. Rusiya isə istənilən Türkiyə hakimiyyəti ilə işləməyə hazırdır".
Jirinovski deyib ki, Türkiyə tarixində baş verən çevrilişlər içərisində sonuncusu uğursuz olub. Buna səbəb prezidenti vaxtında həbs edə bilməməkdir. Qurum rəsmisi qeyd edib ki, çevriliş zamanı çox güman ki, Ərdoğanın köməkçiləri Baş Qərargahda olub və onların sayəsində prezident paytaxtı tərk edə bilib. 
 
"Çevrilişə saraydan başlamaq lazım idi. Əgər Ərdoğan tutulsaydı, çevriliş uğurla sona çatardı", - deyə partiya rəhbəri vurğulayıb. 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.