banner
banner

Şou

Deniz Seki həbsxanada 1,6 milyon qazandı

Deniz Seki həbsxanada 1,6 milyon qazandı

Hazırda həbsxanada olan müğənni Deniz Seki etibarını və şöhrətini getdikcə daha da artırır.
"Hürriyet" qəzetinin yazarı Cengiz Semercioğlu ifaçının həbsxanadan "daha güclü və inamlı" çıxacağını qeyd edib. O, qeyd edib ki, 2017-ci il iyunun 5-də azadlığa qovuşacaq D.Seki həbsxanada olduğu dövrdə 1,6 milyon lirə (təxminən 850 min manat) qazanıb.
Müğənni azadlığa çıxdığı dövrdən sonra verəcəyi ilk 20 konsertini artıq planlaşdırıb. Artıq 1,6 milyon həbsdə olan müğənninin hesabına yatırılıb.
D.Seki eyni zamanda həbsda olduğu zaman yazdığı "Denizin dibi" adlı kitabı ilə də uğur qazanıb. Kitab 5 dəfə nəşr olunub, 55 miindən çox nüsxə satılıb. Bu arada ikinci kitabını yazan müğənni onu noyabrda oxucularına çatdıracaq.

C.Semercioğlu sənətçinin 10 mahnılıq albomunun da hazır olduğunu vurğulayıb. O, bütün bunları həm də Denizin meneceri Özgür Arasın peşəkarlığı ilə əlaqələndirir.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.