|
Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində “Fənərbaxça”nın rəqibi olan “Monako” İstanbula getməkdən imtina edir. Qol.az-ın “Milliyyət” qəzetinə istinadən yaydığı xəbərə görə, knyazlıq təmsilçisi avqustun 26-dakı matçın bitərəf meydanda keçirilməsi üçün UEFA-ya müraciət edib. “Monako” Türkiyədə hərbi çevrilişə cəhddən sonra təhlükəsizlik tədbirlərinin lazımi səviyyədə təmin olunmayacağından ehtiyatlandığı üçün bu addımı atdığını bildirib. Hələlik məsələ ilə bağlı UEFA-nın mövqeyi bilinmir. Cia.az
|


