Ayaqlarınıza qulluq edir, tez-tez yuyur, amma buna baxmayaraq, ayaq qoxusundan qurtula bilmirsiniz? Yəqin bir çox üsulları sınamısınız, amma problemdən tam qurtulmamısınız. Təbii ki, tibbi məhsullar bu problemə çarə ola bilir, lakin tez-tez dərman istifadə etmək istəməyənlər var. O zaman evdə hazırlaya biləcəyiniz bu təbii çarə ilə ayaq qoxusundan tamamilə qurtula bilərsiniz. Aile.lent.az həmin təbii çarəni açıqlayır.
Bir vannaya ilıq su doldurun, içinə yarım litr təbii üzüm sirkəsi tökün. Ayaqlarınızı bu suyun içində yarım saat saxlayın. Ardınca tibbi göbələk əleyhinə şampunla ayaqlarınızı yuyun. Bunu həftədə iki dəfə təkrarlasanız, elə ilk dəfədən sonra dəyişiklik hiss edəcəksiniz. İstəsəniz, sonda ayağınıza gözəl qoxulu krem də çəkin.
Ayaq qoxusuna səbəb ola biləcək ayaqqabılarınıza da əl gəzdirin. İyi gələn ayaqqabıların içinə ayaqqabı dezodorantı sıxa bilər və geyinmədən öncə qoxunun qarşısını alan ayaq pudralarından istifadə edə bilərsiniz.
Qoxu ayaqqabıya hopubsa, aptekdən ala biləcəyiniz saf spirtlə ayaqqabının içini yaxşıca silib, qurumağa qoyun. Qoxunun çəkilməyə başladığının şahidi olacaqsınız.
Dırnağınızda göbələk varsa...
Ayaq qoxusuna səbəb ola biləcək ən önəmli problemlərdən birinin göbələk olduğunu unutmayın.
Dırnaq göbələyini çözə biləcək bir çox vasitələr apteklərdə satılır. Ancaq bu problemi öz üsullarınızla da həll edə bilərsiniz.
Vicks kremini hər gecə göbələk olan dırnağa sürtün. Ertəsi gün səhər ayaqlarınızi tibbi göbələk əleyhinə şampunla yuyun. Bunu dırnaq özünü tam yeniləyənə qədər davam etdirin. Təxminən 3 ay ərzində dırnaq göbələyi problemindən qurtulmuş olacaqsınız.
Soyuqdəymə zamanı bir çox insan burun axıntısından, boğaz ağrısından və digər narahatlıqlardan tez qurtulmaq üçün xalq təbabəti üsullarına müraciət edir. Lakin uşaqlıqdan eşitdiyimiz və illərdir istifadə etdiyimiz bəzi üsullar sağalmağa kömək etmək əvəzinə, vəziyyəti daha da ağırlaşdıra bilər.
Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.
Payızda tez yorulmaq, üşümək və davamlı şirniyyat yemək istəyi bəzən sadəcə gün işığının azalması ilə deyil, sağlamlıq problemləri ilə də bağlı ola bilər.
Beynəlxalq tədqiqat ultra emal olunmuş qidaların qəbulu ilə bağırsaq xərçəngi riski arasında ümumi əlaqə aşkar etməsə də, bəzi qida qruplarının fərqli təsirlərlə əlaqəli olduğunu üzə çıxarıb.
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.