Beyin insan orqanizminin ən vacib orqanıdır. XXI əsrdə əksər işlər birbaşa zehni əməklə bağlıdır. Belə olan halda, niyə onu qorumuruq?
İnsan beynini yavaş-yavaş məhv edən 10 təhlükəli vərdiş var. Siyahı ilə tanış olduqdan sonra onlardan can qurtarmaq öz əlinizdədir.
Səhər yeməyindən imtina Səhər yeməyi yeməyənlərin qanında qlükozanın səviyyəsi aşağı olur. Bu da beynin aktivliyini aşağı salır.
Normadan artıq qidalanma Bədəndə xolesterinin miqdarı çox olur. Bu da beynin işini ləngidir.
Siqaret çəkmə Siqaret çəkən insanların beyin hüceyrələri ölür. Bu da birbaşa beynin fəaliyyətinə təsir edir.
Həddən artıq şəkər qəbulu Nə qədər çox şəkər qəbul etsəniz, bir o qədər də zəhərli maddələr və artıq çəkidən əziyyət çəkəcəksiniz.
Çirkli hava Bu amil sizdən asılı olmasa da, bilməlisiniz ki, oksigen çatışmazlığı beyin fəaliyyətini zəiflədəcək.
Yuxusuzluq Əgər yuxu rejiminə riayət etmirsinizsə, bu, sizin üçün yaxşı deyil. Beyin hüceylərini öldürən ikinci amil yuxusuzluqdur.
Narkotik və spirtli içkilər Bu kimi maddələr beynin fəaliyyətini məhv edir.
Xəstəlik zamanı işləmək İnsan xəstə olduğu zaman zehni əməklə məşğul olursa, bu, beynə mənfi təsir edir. Çünki xəstəlik zamanı orqanizm bütün resurslarını məhz xəstəliklə mübarizəyə yönəldir. Belə olan halda, beyin lazimi qədər oksigen ala bilmir.
Stimul və inkişafın çatışmazlığı Beynə daim inkişaf lazımdır. Gündəlik oturub televizora baxmaq əvəzinə, kitab oxu, krossvord həll et və ya şahmat oynayın.
Danışmamaq Danışmaq da beynə birbaşa stimul verən vasitədir.
Soyuqdəymə zamanı bir çox insan burun axıntısından, boğaz ağrısından və digər narahatlıqlardan tez qurtulmaq üçün xalq təbabəti üsullarına müraciət edir. Lakin uşaqlıqdan eşitdiyimiz və illərdir istifadə etdiyimiz bəzi üsullar sağalmağa kömək etmək əvəzinə, vəziyyəti daha da ağırlaşdıra bilər.
Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.
Payızda tez yorulmaq, üşümək və davamlı şirniyyat yemək istəyi bəzən sadəcə gün işığının azalması ilə deyil, sağlamlıq problemləri ilə də bağlı ola bilər.
Beynəlxalq tədqiqat ultra emal olunmuş qidaların qəbulu ilə bağırsaq xərçəngi riski arasında ümumi əlaqə aşkar etməsə də, bəzi qida qruplarının fərqli təsirlərlə əlaqəli olduğunu üzə çıxarıb.
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.