Bu gün Sabirabad rayonunun Muradbəyli kəndində bədbəxt hadisə baş verib.
Virtualaz.org saytının Şirvan bürosuna kənd sakinlərinin verdikləri məlumata görə, 31 yaşlı kənd sakini Almaz İsgəndərova Kür çayının sahilində olan elektrik mühərriki vasitəsilə bağlarına su vurmaq istəyərkən ehtiyatsızlıq ucbatından onu elektrik cərəyanı vurduğundan, çaya yıxılaraq suda batıb.
Hazırda bədbəxt hadisə nəticəsində həyatını itirmiş qadının cəsədinin tapılaraq sudan çıxarılması üçün FHN-in Dövlət Sularda Xilasetmə Xidmətin dalğıc-xilasediciləri hadisə yerinə gəliblər.
Faktla bağlı Sabirabad rayon prokurorluğunda araşdırmalara başlanılıb.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.