banner
banner

Dünya

Nitsadakı terrorla bağlı məhkəmə başlayır

Nitsadakı terrorla bağlı məhkəmə başlayır

Bu gün Nitsa şəhərində terror törədən şəxslə əlbir olanların məhkəməsi keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Le Figaro” nəşri məlumat yayıb. Məlumata görə, terrorçularla əlbir olmaqda şübhəli bilinən 4 kişi və 1 qadın məhkəmə qarşısına çıxarılacaq.

Aparılan araşdırmalar zamanı məlum olub ki, yaşları 22- 40 arası olan kişilər və 42 yaşlı qadın terrorçu Məhəmməd Bulellə əlaqədə olublar.

Xatırladaq ki, iyulun 14-də Tunis əsilli Məhəmməd Buhlel Fransanın Nitsa şəhərində atəşfəşanlığı izləyən vətəndaşları yük maşını ilə əzib. Aralarında uşaq olmaqla, 84 nəfər dünyasını dəyişib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.