banner
banner

Gündəm

Ter-Petrosyan qiyamçıları dəstəkləyib

Ter-Petrosyan qiyamçıları dəstəkləyib

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan bu gün çıxış edərək, xarici qıcıqlar qarşısında mövcud daxili problemləri bir kənara qoyaraq, polis bölməsinin binasını zəbt etmiş silahlı qrupöun nümayəndələri ilə danışıqları davam etdirməyin zəruriliyini qeyd edib.

Virtualaz.org «RİA Novosti»yə istinadən xəbər verir ki, Ter-Petrosyanın fikrincə, hazırkı vəziyyətdə hakimiyyətin, partiyaların, ictimai təşkilatların, analitiklərin və KİV-in istənilən addımını və ya hərəkətini məhz bu başlıca vəzifənin yerinə yetirilməsinə dəstək mövqeyindən nəzərdən keçirmək lazımdır.

Lakin eks-prezidentin sözlərinə görə, bəzi şəxslər öz sözlərinin və hərəkətlərinin əhəmiyyətini qiymətləndirə bilmirlər. Ter-petrosyan bildirib ki, bu cür yanaşma milli faciəyə gətirib çıxara bilər.

O, istənilən yolla qan tökülməsindən qaçmağa, məsələni, necə mürəkkəb olursa olsun, danışıqlar yolu ilə həll etməyə çağırıb.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.