banner
banner

Gündəm

MTN-çilərin intiharında “mahmudovçu”ların izi araşdırılır

MTN-çilərin intiharında “mahmudovçu”ların izi araşdırılır
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin(MTN) Antiterror Mərkəzinin həbsdəki rəisi, general Elçin Quliyev həyatına özünəqəsdlə son qoyan 55 yaşlı MTN polkovniki Malik Mustafayevin qardaşı, bu günlərdə həbsdən çıxan Mətləb Mustafayevlə üzləşdirilib. 

Bu haqda gununsesi.info-nun yaydığı məlumatda qeyd edilir ki, Bakı İstintaq Təcridxanasında keçirilən üzləşmə prosesində Mətləb Mustafayev bir daha Elçin Quliyev gözlərinin içinə baxaraq, onu ifşa edib. O, qardaşının intiharına görə generalı ittiham edib. Üzləşmə prosesi 2 saata yaxın çəkib. 

Qeyd edək ki,  Malik Mustafayevin qardaşı Mətləb Mustafayev bir müddət əvvəl sensasion video yaymışdı. Mətləb Mustafayev videomüraciətində Əmlak Məsələləri Üzrə Dövlət Komitəsinin sabiq işçisi olduğunu, komitədən qanunsuz işdən azad edildiyinə görə məhkəməyə üz tutduğunu və bundan sonra MTN əməkdaşları tərəfindən qanunsuz həbsə məruz qaldığını deyir. 
 
Ən ilginc iddia isə MTN-in “qara maskalı”larının komitə sədri Kərəm Həsənovun sifarişiylə onu həbs etməsi, MTN-də aparılan danışıqlar, bacısının həyətinə MTN-çilərin basqın etməsindən sonra qardaşının canına qəsd etməsidir. Şikayətçi iddia edir ki, MTN-də zabit olan qardaşı nazir Eldar Mahmudovun və digər vəzifəlilərin qəbulundan çıxdıqdan sonra evində intihar edib. 
 
31 ilin MTN zabitinin özünü öldürməsinə hüquq-mühafizə orqanlarının yanaşması da sual doğurur. Təsəvvür edin ki, həmin dövrdə ölüm işi “cinayət tərkibi olmadığı” qeydi ilə xitam edilib. 
 
MTN-in digər zabiti, polkovnik Azər Əliyevin özünə qəsd etməsi işi də eynilə araşdırılmamış qalıb. Bu gün həbsdə olan MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun işçisi olan 40 yaşlı A.Əliyev “mahmudovçular” ifşa edilməzdən 6 ay əvvəl, 2015-ci ilin aprelində Nərimanov rayonu, Həsənoğlu küçəsi 16 saylı binanın 7-ci mərtəbəsindən özünü ataraq intihar edib. A.Əliyev intihar etməzdən əvvəl A.Çovdarovun qəbuluna çağırıldığı haqda da məlumat var. Təəssüf ki, Nərimanov Rayon Prokurorluğunda polkovnik-leytenant rütbəli MTN zabiti Azər Əliyevin ölümünə sıradan bir intihar olayı kimi yanaşıb ölüm faktına görə başladılan cinayət işinə xitam verməklə bir kənara qoyublar. Gələn məlumatlar onu deməyə əsas verir ki, M.Mustafayevin intihar işi yenidən araşdırma mövzusudur, A.Əliyevin müəmmalı ölümü ilə bağlı isə istintaqın yenilənməsi haqda xəbər yoxdur.musavat


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.