Kanadada Milad bayramında naməlum şəxs populyar “49-dan 6-sı” lotereyasında 1 mln Kanada dolları (860 min ABŞ dolları) udub. APA-nın “TASS”-a istinadən verdiyi xəbərə görə, bu barədə Kanadada onlarla lotereya oyunu keçirən Atlantic Lottery şirkətindən bildirilib.
“Hələlik məlum olan odur ki, uduşlu bilet Yeni Şotlandiya əyalətinin Keyp Brenton dairəsində əldə edilib. Uduşu təmin edən 6 nömrə bunlardır: 1-3-21-24-31-46”, deyə şirkət nümayəndəsi bildirib.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.