banner
banner

Hərbİ

Zakir Həsənov cəbhə bölgəsindəki hərbi hissələrdə olub

Zakir Həsənov cəbhə bölgəsindəki hərbi hissələrdə olub

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhə bölgəsində yerləşən hərbi hissələrdə olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən virtualaz.org-a verilən məlumata görə, ön xətdə, düşmənlə üz-üzə səngərlərdə döyüş növbəsi çəkən şəxsi heyətlə görüşən müdafiə naziri müdafiənin dayanıqlığı, hərbi qulluqçuların döyüş və mənəvi- psixoloji hazırlığı ilə tanış olub, komanda müşahidə məntəqəsindən düşmənin mövqelərini izləyib.

Əsgərlərlə nahar edən müdafiə naziri ön xətdə şəxsi heyətin sosial-məişət şəraitinin daima yaxşılaşdırılması ilə bağlı görülən işlərlə də maraqlanıb və müvafiq tapşırıqlar verib.

Aprel döyüşlərinin iştirakçıları, hazırda həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular müdafiə nazirinə müraciət edərək xidməti başa vurduqdan sonra da torpaqlarımız işğaldan tam azad olunanadək hərbi xidmət etmək arzusunda olduqlarını bildiriblər.

Şəxsi heyət vətənə, xalqa, dövlətə sədaqətlə xidmət etdiyini və Ali Baş Komandanın əmri ilə respublikamızın ərazi bütövlüyünün təmin olunması, işğal edilmiş torpaqlarımızın azad edilməsi uğrunda döyüşə hər an hazır olduğunu bildirib.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.