Xorvatiya millisinin üzvü İvitsa Oliç yeni mövsümdən Almaniyanın "Münhen 1860" klubunda çıxış edəcək.
Qol.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 36 yaşlı futbolçu II Bundesliqa təmsilçisi ilə bir illik müqavilə imzalayıb.
Ötən ay "Hamburq"la müqaviləsi başa çatan Oliç klubu ilə sözləşmə yeniləməyib. Belədə azad agent statusu alan futbolçu "Münhen 1860" klubuna transfer olunub.
Qeyd edək ki, Oliç karyerası ərzində "Herta", "Dinamo" (Zaqreb), CSKA (Moskva), "Bavariya" və "Volfsburq" kimi klublarda oynayıb.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.