banner
banner

Gündəm

Cahangir Hacıyevin bacısından şok müraciət

Cahangir Hacıyevin bacısından şok müraciət

Əminə Hacıyevə Maliyyə Nazirliyini və Beynəlxalq Bankın rəhbərliyini saxtakarlıqda ittiham edir “Zamirənin 4 milyonluq kredit kartı üzrə borcu olub, 18 milyon haradan çıxdı?” 

Azərbaycan Beynəlxalq Bankının həbsdə olan rəhbəri Cahangir Hacıyevin bacısı Əminə Hacıyeva Azərbaycan Maliyyə Nazirliyini və bankın hazırkı rəhbərliyini məhkəməyə saxta sənəd təqdim etməkdə ittiham edir. O, ölkə başçısına yazdığı müraciətin surətini Bizimyol.info saytına göndərib. 
Ə.Hacıyeva bildirir ki, ABB 2015-ci ilin iyul ayında onların ailəsinə məxsus səhmlərin alqı-satqısı üzrə sövdələşməni həyata keçirsələr də, onlara heç bir pul ödənməyib. "Buna görə də, biz məhkəməyə müraciət etməyi qərara aldıq. ABB rəhbərliyi Maliyyə Nazirliyinin həssas rəhbərliyi altında məhkəməyə bizim saxta imzalarımız olan sənədləri təqdim edib. Mənim saxtalaşdırılmış imzam və tarixin qeyd olunduğu saxta məxaric orderini sizin diqqətinizə təqdim edirəm. Təhrik edilməmiş gözlə görmək olar ki, "30" tarixi və eləcə də mənim imzam saxtadır. Əlbəttə ki, biz burada olan Məhkəmə Ekspertiza Mərkəzinə və xaricdə olan müstəqil ekspertlərə müraciət edəcəyik. ABB rəhbərliyi Maliyyə Nazirliyinin başçılığı ilə qardaşım Cahangiri sübuta yetirilməmiş və əsaslandırılmamış pul mənimsəməsində günahlandıraraq və qanunun bütün normalarını aşaraq sənədləri saxtalaşdırmış və bizim pullarımızı mənimsəyiblər. Ortaya belə bir sual çıxır: kim kimdən oğurlayıb? ABB digər fiziki şəxslərdən səhmləri toplayaraq məhz onların kreditini bağlayıb. Bəs nə üçün bizim səhmlərlə Cahangirin kredit kartı üzrə olan borclar bağlanmayıb? Bizim pullarımız kimlərin cibinə gedib? Maliyyə Nazirliyinin bədgüman və düşmən münasibəti bizə aydındır, lakin bəs nə üçün Ədliyyə Nazirliyi qərarın bizim əleyhimizə qəbul olunmalı olduğunu diktə edərək məhkəməyə təzyiq edir? Bu cür əsassız fikir onlarda haradandır?"
 
 
Əminə Hacıyeva Cahangir Hacıyevin Həyat Yoldaşı Zamirə Hacıyevanın da məsələsinə toxunub. "Zamirənin 4 milyonluq kredit kartı üzrə borcu olub ki, o, səhmlərlə bu məbləği ödəyib. Lakin borc hələ də bağlanmayıb. Bəs onda bəzi mətbu orqanlarda deyilən 18 milyon məbləğ haradan götürülüb?"
 
Ə.Hacıyeva prezidentə mütaciət edərək, günahsız insanları məhkum etməyə icazə verməməsini xahiş edir. 
 
Qeyd edək ki, C. Hacıyev 2015-ci ilin dekabr ayında həbs edilib. O, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma və digər əməllərdə ittiham edilir. Cinayət işinin istintaqı yekunlaşıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsində icraata verilib.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.