Almaniya polisi sələfilərin evlərində axtarış apardı
Almaniyada Aşağı Saksoniya vilayətinin polisi Hildeshaym şəhərində müsəlman – sələflilərin evlərində axtarışlar aparıb.
Azvision.az xəbər verir ki, axtarışlar Deutschsprachiger Islamkreis Hildesheim (DIK) təşkilatının 8 liderin evində aparılıb.
Onlar dinc müsəlmanlar arasında “dindar olmayan şəxslərə” qarşı nifrəti təbliğ edən seminar və mühazirələrin təşkilində şübhəli bilinirlər.
“Bir neçə ay davam edən hazırlıqdan sonra biz bu birliyin bağlanılması yolunda vacib addım atdıq”, - deyə Aşağı Saksoniyanın daxili işlər naziri Boris Pistorius bildirib.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.