Məşhur türk aktrisa Gonca Vuslateri bu aralar boksla məşğul olur. Yeni mövsümə formada girmək istəyən 29 yaşlı aktrisa, həftədə 4 dəfə idman zalına gedir.
Hazırda sezon tətilində olan “Könül işləri” serialında Kader rolunu canlandıran G.Vuslateri, boksla məşğul olaraq həm stress atır, həm də bədən əzələlərini yaxşılaşdırmaq istəyir.
Qeyd edək ki, Gonca daha öncə "Aliye" (2004, atv), "Yalan Dünya" (2012-2014, Kanal D) kimi məşhur seriallarda da çəkilib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.