banner
banner

Gündəm

Turqut Özal Gülən haqda nə deyibmiş?

Turqut Özal Gülən haqda nə deyibmiş?

Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhddən sonra ABŞ-ın Pensilvaniya ştatına sığınan Fətullah Gülənin bütün mahiyyətini üzə çıxaran faktlar sırasına biri də əlavə olunub.

Axar.az bildirir ki, Türkiyənin 8-ci prezidenti Turqut Özalın Gülən barədə vaxtilə səsləndirdiyi heyrətamiz fikirlər yenidən gündəmə gəlib və böyük rezonans doğurub.

T.Özalın Gülənlə bağlı fikirlərini olduğu kimi təqdim edirik: "Onu illərdir tanıyıram. İlk dəfə Dövlət Planlaşdırma İdarəsində görüşmüşdük. Daha sonra da bir neçə dəfə görüşmək istədi, ancaq bir neçə zəruri, rəsmi görüş istisna olmaqla, şəxsi görüşə razılıq vermədim. Hyustonda müalicə alarkən məni ziyarət etməyə gəlmişdi, orada görüşdük. Məndə yaratdığı mənfi təəssürat ondan soyumağıma, hətta çəkinməyimə səbəb oldu. Çünki onun böyük bir ehtirasa sahib olduğunu aydın gördüm. Türkiyə ona kifayət etmir, o, bütün dünyanı ələ keçirməyə çalışır. Sonrakı illərdə əldə etdiyim məlumatlar bu fikrimi daha da qətiləşdirdi. O, çox böyük ustalıqla yalan danışa bilir. Bu barədə onun ətrafında olanlardan güvəndiyim birinə danışdıqda, o, "Gülənin yalanı belə gözəldir" cavabını verdi və bu, məni çox ürkütdü. Çünki bu şəxs ətrafında olan hər kəsi ovsunlayır və əsir alır.

Son görüşümüzdə üzümə xoş sözlər dedi, amma daha sonra eşitdim ki, arxamdan pis sözlər danışır və yazır. Mənim tanıdığım islam alimləri belə hərəkətlər etmir. O, dindən sui-istifadə edir.

Gülənin "Dünyanı düzəltmək üçün ona nəzarət etmək lazımdır" anlayışı mənə Hitleri xatırladır. Hitler yalnız orta məktəbi bitirmişdi, ancaq dünyanın ən böyük natiqlərindən biri idi. O, yüksək inandırıcılıq qabiliyyəti ilə almanları öz arxasınca apara bildi. Fətullah Güləni də təhsil almadığına baxmayaraq, fövqəladə natiqliyi və inandırıcılıq qabiliyyətinə görə Hitlərə bənzədirəm. Hitler millətçi idi, Gülən isə öz amalları üçün dindən sui-istifadə edir. İnşallah, mənim bu fikirlərim yalan olar".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.