“Onlayn” mediaya pul ayrılmayacaq - Əflatun Amaşov
Bir müddət öncə internet mediaya da 2015-ci ildən dövlət tərəfindən maliyyə ayrılması məsələsi gündəmə gəlib.
Mətbuat Şurasının sədri Əflatun Amaşov Modern.az saytına deyib ki, hazırda “onlayn” xəbər portallarının Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşməsi faktiki olaraq gözlənilmir. Onun sözlərinə görə, dövlət fondu KİV-lərin maliyyəsinin artırılmasını istərsə, buna ehtiyac duyarsa, o zaman məsələyə baxıla bilər.
Əflatun Amaşov hazırda bununla bağlı hər hansı müzakirə aparılmadığını da qeyd edib.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.