banner
banner

Gündəm

Türkiyədə növbəti çevriliş cəhdi? GÜLƏN TƏRƏFDARLARI ANONS YAYDI

Türkiyədə növbəti çevriliş cəhdi?

Türkiyə mediası yenidən ölkədə hərbi çevrilişə cəhdin baş verəcəyi barədə məlumat yayıb.

"Qafqazinfo" bildirir ki, bu barədə "Milliyet" nəşri yazıb. İddialara görə, Türkiyədə növbəti qiyam avqustun 14-nə planlaşdırılır. Bildirilir ki, artıq bir neçə gündür Fətullah Gülən tərəfdarları Tvitter-də "səbr edin" mesajları verərək, 14 avqusta işarə edən yazılar paylaşırlar.

Belə məlumatlardan biri baş nazir yanında mütəxəssis kimi çalışan, daha sonra isə Gülənə məlumat ötürdüyünə görə saxlanılan Akif Mustafa Koçyiğit adına açılan Tvitter-dən paylaşılıb.

Digər paylaşımlarda isə "14 avqust AKP-nin yarandığı gündür. Bu tarixdə məğlub olacaqlar" sözləri yer alıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.