Məşhur “Formula 1” pilotu Luis Hamiltondan ayrılan müğənni Nikol Şerzinqer Yunanıstanda istirahət edir.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, bir yandan konsert və albom hazırlıqları edən, bir yandan da “X Factor” yarışmasında münsif olan 38 yaşlı müğənni dənizdə stress atır.
Dostları ilə birlikdə Yunanıstana gedən Şerzinqer, istirahətinin çox hissəsini yaxtada rəqs edərək keçirir. Sosial media istifadəçiləri Şerzinqerin fotolarını onun Hamiltondan ayrıldıqdan sonra daha xoşbəxt olması kimi şərh ediblər.
Qeyd edək ki, müğənninin bolqarıstanlı tennisçi, özündən 12 yaş kiçik Qriqor Dimitrovla münasibətdə olduğu bildirilir. Dimitrov daha öncə məşhur rus tennisçi Mariya Şarapova ilə sevgili olub.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.