“Hilton” otellər şəbəkəsinin varisi, müğənni-aktrisa Paris Hiltonun İspaniyanın məşhur İbiza adasında istirahət edir.
35 yaşlı ulduz vaxtını rəqs, fotosessiya və günəş vannası qəbul edərək keçirir.
P.Hilton dənizə girmədiyi vaxtlarda özünü isladaraq sərinləməyə çalışıb.
İŞİD terror təşkilatından qorxduğunu deyən ulduz müğənni, terrorçuların hədəfində olduğunu düşündüyü üçün tez-tez başqa ölkələrə gedərək yerini dəyişdiyini bildirib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.