banner
banner

İdman

Tahir Gözəl: “Qarabağ”ın bəxti gətirmədi”

Tahir Gözəl: “Qarabağ”ın bəxti gətirmədi”

Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda “Viktoriya” ilə 1:1 bərabər qaldıqları görüşdən danışıb. 

Qol.az-ın məlumatına görə, T. Gözəl oyundan sonra jurnalistlərə verdiyi açıqlamada mərhələ adlaya bilmədikləri üçün məyus olduqlarını vurğulayıb: “Nəticəyə görə məyusuq. Oyun ərzində üstünlük bizim tərəfimizdə idi. 90 dəqiqə boyunca 3 real qol epizodunu boşa verdik. Amma rəqibin 1 imkanı oldu, onu da dəyərləndirdilər. Xalqımızı qələbə ilə sevindirməyi çox istəsək də, alınmadı”.

Tahir Gözəl qarşıdakı hədəflərinin Avroliqanın qrupunda oynamaq olduğunu qeyd edib: “Qarabağ” əlindən gələni etdi. Lakin mərhələ adlamaq mümkün olmadı. Bununla belə, mübarizə davam edir. Sona qədər mübarizə aparacağıq”. 

O, möhtəşəm azarkeş dəstəyindən də söz açıb: “Biz Qurban Qurbanovun işinə qarışa bilmərik. Bundan sonra danışmaq asandır. Unutmayaq ki, diqqət yetirməli olduğumuz məqamlar var. “Viktoriya” rəhbərliyi ilə söhbətimiz oldu. Bu komanda paytaxtı təmsil etməsə də, hər oyunda stadionda 12 min azarkeş olur. “Qarabağ”ın hər oyununa 12 min azarkeş yığsaq, bu, bizim üçün uğur olar. Azərbaycan xalqına təşəkkür edirəm. Bu gün fanatlar komandaya möhtəşəm dəstək verdilər”. 

“Qarabağ”ın vitse-prezidenti klubun trasfer siyasətinə də toxunub: “Sponsorlar hər zaman Qurban Qurbanova deyirlər ki, yol açıqdır. Heyəti gücləndirmək yolunda daim çalışırıq. Amma oyunçu almaqla qrupa düşmək təmin olunmur. Bu gün oyunumuz çox gözəl idi. Bəxtimiz gətirmədi”.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.