Türkiyə SQ-nın Baş Qərargahı Ankaradan kənarda formalaşdırılacaq
Türkiyə Silahlı Qüvvələrinin (SQ) Baş Qərargahı Ankaradan kənarda formalaşdırılacaq. Bu barədə Türkiyənin "Haber7" qəzeti hərbi dairələrdəki mənbəyə istinadən xəbər verir.
SQ Baş Qərargahının yeri barədə məlumat verilmir. SQ Baş Qərargahının yenidən Ankaradn kənarda formalaşdırılması Türkiyədə aparılan hərbi islahatlar çərçivəsində həyata keçiriləcək.
Daha öncə Türkiyənin baş naziri Binəli Yıldırım qeyd etmişdi ki, demək olar ki, bütün güc strukturları Ankaradan kənarda formalaşdırlacaq.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.