İşğalçı Ermənistan ordusunun Dağlıq Qarabağda özünü partlatmağa məcbur olmuş əsgəri David Koloyanın işi üzrə 3 nəfər erməni hərbçi həbs edilib.
ANS PRESS-in məlumatına görə, 4 gün qabaq özünü qumbara ilə partlatmış Davit Hranti Kaloyanın tağım komandiri Melik Babayan, həmçinin Simonyan və Çapuryan soyadlı iki sıravi əsgər həbs edilib. Onlara qarşı nizamnamənin pozulması və təhqir maddaləri ilə cinayət işi qaldırılıb. Sözügedən hərbçilərin Kaloyanı zorladığı güman edilir. Hər halda, Ermənistan İstintaq Komitəsi hərbçiləri tibbi ekspertizadan sonra həbs edib.
İşğal edilmiş Dağlıq Qarabağ ərazisində baş vermiş hadisənin ilkin şahidlərinin dedikləri də bu qənaətə gəlməyə imkan verir. Onların dediyinə görə, hadisə döyüş postunda baş verib və təhqir olunmuş David Kaloyan qumbaranı açaraq özünü partladıb.
Ermənistan ordusunda belə hallar tez-tez baş verir. Bu ölkənin ordusunda zabitlər xoşu gəlməyən adamları təhqir etmək üçün ona qarşı cinsi zorakılıq cəzası təyin edirlər. Bir neçə həftə qabaq Ermənistanın Vardenis rayonunun Zod kəndində yerləşən hərbi hissənin komandiri işini yoxlamağa gəlmiş milli təhlükəsizlik işçisini zorlamışdı.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.